Azərbaycanlı aktrisa Rusiyada filmə çəkilir

post-img

Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova Rusiyanın istehsal etdiyi serialda baş rolda oynamaq üçün dəvət alıb.

Bu barədə mətbuata məlumat verən aktrisa bildirib ki, çəkilişlər artıq başlayıb. “Rusiyanın “Домашний” (“Ev”) kanalının sifarışi ilə “GP Sinema” şirkətinin istehsalı olan “Абрикосовая горечь” – “Ərik açıcı” mini serialında əsas rollardan birinə, Məleykə roluna çəkilmişəm. Serialda Məleykə türk qayınanadır. Kürəkənim Camal rolunda isə azərbaycanlı aktyor Rüstəm Cəbrayılov oynayır. Çəkilişlərin bir hissəsi Belarusda, bir hissəsi Rusiyada aparılıb.”,– deyə aktrisa sözlərinə əlavə edib.

Qeyd edək ki, film tezliklə ekranlarda işıqlandırılacaq.

Ceyran CƏFƏRLİ, 
“Xalq qəzeti”

 

Son xəbərlər