Xilaskar türk zabitnə ehtiram

post-img

Ordubad rayonunun Anaqut kəndində 1918–1920-ci illərdə erməni quldurlarına qarşı mübarizədə şəhid olan Həsən Bəşir Türkoğlunun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq-abidə inşa edilib. 

Bulaq-abidənin açılış tədbirində Nax­çıvan Muxtar Respublikasında Azərbay­can Respublikası Prezidentinin səla­hiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Ordubad Rayon İcra Ha­kimiyyətinin başçısı Rəcəb Rəhimli və Türkiyə Respublikasının Naxçıvan Mux­tar Respublikasındakı baş konsulu Asip Kaya çıxış ediblər. 

Bildirilib ki, 1918–1920-ci illərdə er­məni daşnakları Azərbaycanın başqa bölgələrində olduğu kimi, Naxçıvanda da türk-müsəlman əhalisinə qarşı qan­lı cinayətlər törədiblər. Belə dəhşətli günlərdə türk ordusu qardaş harayına yetib. Kazım Qarabəkir paşanın başçı­lığı altındakı IV Qafqaz ordusunun 15-ci süvari alayının tağımı yerli özünümüdafiə üzvləri ilə birlikdə kəndlərimizdə soyqı­rımı faciələrinin qarşısının alınmasında ölüm-dirim savaşına girib, bizimlə birlikdə şəhidlər veriblər. 

Türk ordusunun belə qəhrəman za­bitlərindən biri də Həsən Bəşir Türkoğ­ludur. O, bu döyüşdə xüsusilə fərqlənib, düşmən mövqelərinin darmadağın edil­məsində xüsusi qəhrəmanlıq nümayiş et­dirib. Həsən Bəşir 1918-ci ildə Ordubad rayonunun Dırnıs kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və bu kənddə dəfn edilib.

“Xalq qəzeti”

Son xəbərlər