Diaspor gənclərinin növbəti görüşləri

post-img

Naxçıvanda təşkil edilmiş IV Diaspor Gəncləri Düşərgəsinin iştirakçıları 6-cı günün panel müzakirələrdə AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Tohidinin, İrəvan xanının Almaniyada yaşayan varisi Əmir Əli Sərdari İrəvaninin, tanınmış alman alimi, nəsimişünas Miçael Hessin məruzələrini dinləyiblər.

Günün ikinci yarısında Vətən müha­ribəsinin Naxçıvandan olan iştirakçıları, şəhid ailələri ilə “Qarabağ fatehləri” möv­zusunda görüş keçirilib. Diaspor gəncləri vətənpərvərliklə bağlı tədbirlərin keçi­rilməsinin önəmini vurğulayaraq şəhid ailələrinə və qazilərə ehtiramlarını bildi­riblər, təmsilçiləritəşkilatçılara təşəkkür ediblər. Sonra iştirakçılar “Model United Nations” simulyasiyası – Dünyada silah­lı münaqişələrin ətraf mühitə təsirləri və onların aradan qaldırılması üçün birgə səylər barədə məlumat alıblar. 

Gənclər üçün ayrılan asudə vaxtda “Bəxt üzüyü” filmi nümayiş etdirilib, əy­ləncə və komanda oyunları olub. 

“Xalq qəzeti”

Son xəbərlər