“Azərişıq” polisə işıq verdi

post-img

Daxili İşlər Nazirliyi tərəfindən Ağdam-Xankəndi avtomobil yolunda qurulan yeni polis postu “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğal­dan azad olunmuş ərazilərdə xüsusi dövlət əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər