Gürcüstanda torpaq sürüşməsi: Ölənlərin sayı 11-ə çatıb

post-img

Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin yay­dığı məlumata görə, xilasedicilər dünən daha 4 nəfərin cəsədini torpaq altından çıxarıblar. Bununla da təbii fəlakət qur­banlarının sayı 11 nəfərə çatıb.

Xilasedicilər 210 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Daha 15 nəfər it­kin düşmüş hesab olunur.

Gürcüstanın Baş naziri İrakli Qari­başvilinin rəhbərliyi ilə Raça bölgəsində fövqəladə qərargah yaradılıb. Xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, avqustun 3-də günorta saatlarında Şovi ərazisində torpaq sü­rüşməsi baş verib, çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər da­ğılıb.

“Xalq qəzeti”

Son xəbərlər