Nazirlərin görüşü

post-img

Mədəniyyət naziri Adil Kərimli ilə Azərbaycanda Özbəkistanın mədəniyyət günlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov arasında görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüşdə ölkələrimizin ortaq tarixə, mədəni kök­lərə, oxşar adət-ənənələrə malik olduğu qeyd edilib, mədəni münasibətlərin gün­dən-günə daha da dərinləşməsindən, bu istiqamətdə aparılan işlərdən ətraflı bəhs olunub. 

Görüş zamanı qeyd edilib ki, daim dostluq və qardaşlıq şəraitində yaşa­yan Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin, xüsusilə də mə­dəni əlaqələrin uğurla inkişaf etməsində dövlət başçılarımızın mehriban müna­sibəti xüsusi rol oynayır və bu münasi­bətlər nəticəsində mədəni əlaqələr daha geniş müstəvilərə daşınır.

“Xalq qəzeti”

Son xəbərlər