Ekspert: “Enerji sahəsində əməkdaşlıq sazişi iki ölkə arasında gələcək perspektivlərə yol açacaq”

post-img

“Azərbaycan ilə Pakistan arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş ölkələrin ikitərəfli münasibətlərində daha bir mühüm mərhələdir”.

Bunu pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının təsisçisi Qeysər Nəvvab deyib.

“Azərbaycandan mayeləşdirilmiş təbii qazın (LNG) alınması Pakistanın enerjiyə olan tələbatını böyük ölçüdə ödəməyə kömək edəcək, eyni zamanda Azərbaycana bu ölkənin idxal bazarında yer tutmağa şərait yaradacaq. Bu, həm də enerji sahəsində gələcək əməkdaşlığa yol açır”, - Q.Nəvvab vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında bir çox sahələrdə, ilk növbədə enerji və infrastruktur sahəsində əməkdaşlıq üçün böyük potensial var:

“Pakistanın artan enerji tələbatı isə Azərbaycanın enerji şirkətləri üçün perspektivli bazar yaradır. Bundan başqa, buraya kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə, təhsil, eləcə də qida və toxuculuq sənayesi daxildir”.

Fidan SALMANOVA,

“Xalq qəzeti”

Son xəbərlər