Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlara üç ölkə dəvət olunub

post-img

Səudiyyə Ərəbistanının avqustun əvvəlində keçirməyi planlaşdırdığı Qərb və inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqlarına Braziliya, Hindistan və Çin dəvət alıb. TASS xəbər verir ki, bu barədə Səudiyyə diplomatlarına istinadən “The New York Times” məlumat yayıb.

Onun sözlərinə görə, görüşə "ABŞ, Avropa ölkələri, həmçinin Braziliya, Hindistan və Çin"in nümayəndələri dəvət olunublar. Qəzetin qeyd etdiyi kimi, danışıqlarda konkret kimin iştirak edəcəyi hələlik bəlli deyil.

Qəzet qeyd edir ki, Rusiya bu danışıqlara dəvət olunmayıb.

"Xalq qəzeti"

Dünya