Avropa birinciliyində daha bir medal

post-img

Rumıniyanın paytaxtı Buxa­restdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyin­də Füqan Əliyev yaşı 23-ə qədər olan atletlər arasında 81 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. Atletimiz təkanla qal­dırma hərəkətində 179 kiloqramı başının üzərinə qaldırmaqla ikinci yeri tutub. 

Qeyd edək ki, bundan əvvəl komandamızın digər üzvü Ömər Cavadov qitə birinciliyinin qalibi olub. 

L.SABİRQIZI,“Xalq qəzeti”

İdman