AŞ Baş katibinin bəyanatı həqiqəti əks etdirmir

post-img

Avropa Şurasının Baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı həqiqətə əsaslanmayan son bəyanatı bizdə narahatlıq yaradır.

Bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əli­yeva Xankəndi-Laçın yolu ilə bağlı Avro­pa Şurasının Baş katibi Mariya Pejçino­viç Buriçin bəyanatına cavabında deyib.

“Tərəfimizdən əvvəllər də Xankən­di-Laçın yolunda Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin keçidinə heç bir maneənin olmaması ilə bağlı bəyanatlar verilib. Bu gün bir daha qeyd etmək istərdik ki, hazırda Azərbaycan humanitar məqsəd­lərlə nəqliyyat vasitələrinin həmin yoldan keçidini təmin edir və iddia olunduğu kimi, orada hər hansı humanitar böhran­dan söhbət gedə bilməz. Sizi məsələnin mahiyyətinə varmadan belə bəyanatlar verməkdən çəkinməyə dəvət edirik.

Hesab edirik ki, həqiqəti əks etdir­məyən bu cür bəyanatların verilməsi re­gionda gərginliyi artırır və sülh prosesinə mane olur.

Eyni zamanda, Avropa Şurasının Baş katibinin diqqətini bir daha işğaldan azad edilmiş ərazilərimizdəki mina probleminə cəlb etmək istərdik. Bu problem 30 ilə yaxındır ki, öz torpaqlarından didərgin düşmüş 100 minlərlə insanın təhlükəsiz qayıdışını ləngidir”, - deyə ombudsman vurğulayıb.

“Xalq qəzeti”

Son xəbərlər