Azərbaycan–Türkiyə: işgüzar dialoq

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ömer Bolat arasında görüş keçirilib. 

Görüşdə nazir Mikayıl Cabbarov Azərbaycan və Türkiyə arasında qar­daşlıq və müttəfiqlik əlaqələrinin iqtisadi sahədə də əməkdaşlığı, birgə təşəbbüs­lərin reallaşdırılmasını sürətləndirdiyini deyib. Qeyd edilib ki, Türkiyə Azərbay­canın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişi və bu Sazişə dəyişiklik haqqında Protokol iqtisadi-ticarət əməkdaşlığımı­zın gücləndirilməsinə əlavə stimul verir. Qardaş ölkələr arasında uğurlu investi­siya tərəfdaşlığı həyata keçirilir, ticarət dövriyyəsi artır. Vurğulanıb ki, Azərbay­can və Türkiyənin iştirakı ilə həyata ke­çirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı şaxələndirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir. Görüşdə Mikayıl Cabbarov Azərbaycan iqtisadiy­yatı barədə məlumat verib, Türkiyə ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.

Ömer Bolat ortaq dəyərlərə malik olan ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji tərəfdaşlığını vur­ğulayıb, Azərbaycan–Türkiyə işgüzar da­irələri arasında dialoqun gücləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, iqti­sadi potensialımızın tam həcmdə reallaş­dırılmasının önəmini diqqətə çatdırıb. 

Görüşdə iqtisadi əlaqələrin genişlən­dirilməsinə xidmət edən birgə təşəbbüs­lər, nəqliyyat, müasir standartlaşdırma və texniki tənzimləmə sistemi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Xalq qəzeti”

Son xəbərlər