“AzərEnerji” Özbəkistan Milli Elektrik Şəbəkəsi ilə memorandum imzalayıb

post-img

Azərbaycanda səfərdə olan Özbəkistan Milli Elektrik Şəbəkəsinin rəhbər heyəti “AzərEnerji” ASC-nin elektrik stansiyaları, yarımstansiyaları, laboratoriya, tədris və rəqəmsal idarəetmə mərkəzlərində olub, bir sıra görüşlərdə iştirak edib. 

ASC-nin sədri Baba Rzayev və di­gər şəxslərlə Özbəkistan enerji sistemi­nin rəhbər heyətinin görüşlərində hər iki ölkənin enerji sistemləri arasında əmək­daşlıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Səfərin sonunda “AzərEnerji” ilə Öz­bəkistan Milli Elektrik Şəbəkəsi arasında memorandum imzalanıb. Memorandum­da respublikamızın enerji sisteminin təcrübəsindən faydalanmaq və hər iki ölkənin enerji sahəsində əməkdaşlığının genişləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. 

Səfər çərçivəsində Özbəkistan nü­mayəndə heyətinə “Azərenerji” ASC-nin elektrik stansiyaları, yarımstansiyalar, Rəqəmsal İdarəetmə və yeni SCADA sis­temi, bu sistemlərin tətbiqi zamanı vacib olan amillər, proqram təminatı, avtomati­ka və digər sahələr üzrə geniş məlumatlar verilib.

“Xalq qəzeti”

Son xəbərlər