TAP Avropaya 6,3 milyard kubmetr “mavi yanacaq” çatdırıb

post-img

Cari ilin yanvar–iyun aylarında Azər­baycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitə­silə 6,3 milyard kubmetr həcmində “mavi yanacaq” ötürülüb.

TAPAG konsorsiumunun məlumatına görə, bunun 5 milyard kubmetri İtaliyaya, 0,4 milyard kubmetri Yunanıstana və təxminən 0,8 milyard kubmetri Bolqarıstana daşınıb.

Ümumilikdə isə, 2020-ci ilin dekabrın 31-dən indiyədək TAP vasitəsilə 25,8 mil­yard kubmetr qaz nəql edilib. Bunun 1,22 milyard kubmetri Bolqarıstana, 2,8 milyard kubmetri Yunanıstana, 21,6 milyard kubmetri isə İtaliyaya göndərilib.

Qeyd edək ki, hazırda kəmərin illik ötü­rücülük qabiliyyəti 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı ara­sında imzalanmış sazişə əsasən isə, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

“Xalq qəzeti”

İqtisadiyyat