İrlandiyalı müğənni Sinead O'Konnor vəfat edib

post-img

İrlandiyalı müğənni Sinead O'Konnor 56 yaşında vəfat edib.

Müğənninin musiqi irsinə 10 studiya albomu daxildir. Onun ən məşhur mahnısı "Nothing Compares 2 U" 1990-cı ildə "Billboard Music Awards"a görə dünyanın bir nömrəli sinqli olub.

"Daily Mail" qeyd edir ki, müğənni 17 yaşlı oğlu Şeyn intihar etdikdən il yarım sonra dünyasını dəyişib. 2022-ci ilin yanvarında oğlu intihar edib.

Son tvitində, 2023-cü il iyulun 17-də Sinead balaca Şeynlə arxiv fotosunu yerləşdirib və şəklin altına “O, həyatımın eşqi, ruhumun çırağı idi” sözlərini yazıb. O'Konnor oğlunun ölümündə özünü günahkar hesab etdiyini etiraf edib.

Sinead O'Konnor 8 dekabr 1966-cı ildə Dublində sosial problemli bir ailədə anadan olub. Sonradan o, dəfələrlə müsahibələrində psixi sağlamlıq problemləri olduğunu söyləyib. Müğənni bildirib ki, uşaqlıqda anası ona qarşı fiziki zorakılıq tətbiq edib. O'Konnorun anası 1985-ci il fevralın 10-da 45 yaşında avtomobil qəzasında ölüb.

2018-ci ilin oktyabrında o, Twitter-də İslamı qəbul etdiyini bildirmişdi.

"Xalq qəzeti"


Son xəbərlər