Jurnalistlər Ümummilli liderin məzarını ziyarət ediblər

post-img

Milli mətbuatımızın 148 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi, “Xalq qəzeti” və digər çap və onlayn media orqanlarının nümayəndələri iyulun 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məza­rı üzərinə tər güllər düzülüb.

Son xəbərlər