Əxlaq polisi fəaliyyətini bərpa edib

post-img

İran polisi qadınların geyim qaydalarına riayət etməsi və ictimai yerlərdə saçlarını örtməyi təmin etmək üçün təyin olunan nəzarəti bərpa edəcək. Bu barədə bugünlərdə xarici KİV-də İran mediasına istinadən yayılan xəbərlərdə bildirilir ki, əxlaq polisi 10 aylıq fasilədən sonra yenidən fəaliyyət göstərəcək.

Xatırladaq ki, əxlaq polisi Mahsa Əmini adlı qızın hicab bəhanəsi ilə cəzazlandırıldıqdan sonra həyatını itirməyi nəticəsində yaranan kütləvi etirazlar zamanı fəaliyyətini dayandırmağa məcbur olmuşdu.

Bu arada “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına istinadla xəbər verib ki, Vəramin Şəhər Cinayət Məhkəməsi Ahəngər adlı xanımı ictimai yerdə hicabı çıxardığı və avtomobil idarə edərkən hicab tələbinə riayət etmədiyi üçün 31 milyon tümən (1256 manat) məbləğində cərimələyib. O, məhkəmənin qərarı ilə bir ay meyit yumağa da məhkum edilib.

 

Rəhman GƏNCƏLİ

 

Son xəbərlər