Azərbaycanda terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılmışdır

post-img

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. 

Aparılan araşdırmalarla Əfqanıs­tan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xa­nın (Fawzan Mosa Khan) digər şəxslər­lə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yarat­maq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qə­rar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağ­lamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktları törətməyi planlaşdırması müəyyən edilmişdir.

Məlum olmuşdur ki, adıçəkilən əcnə­bi qeyd olunan cinayət əməllərini törət­mək niyyəti ilə xarici ölkədən Azərbay­cana gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinat­larını müəyyənləşdirmək və terror ak­tını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslə­ri müəyyənləşdirərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı mad­dələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girib sövdələşmişdir.

Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror­çuluq hərəkətlərinin törədilməsinə ha­zırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliy­yətə cəlb olunmuş və barəsində məh­kəmənin qərarı ilə həbs qətimkan tədbi­ri seçilmişdir.

Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olun­ması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və bey­nəlxalq hüquqi prosedur tədbirləri həya­ta keçirilir.

“Xalq qəzeti”

Son xəbərlər