Yaponiyada Ümummilli liderin xatirəsinə ağaclar əkilib

post-img

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə İto şəhərində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə mərasimi keçirilib.

Səfir Gürsel İsmayılzadə ümummilli lider Heydər Əliyevin həyat yolu barədə məlumat verib. G.İsmayılzadə Heydər Əliyevin Azərbaycan–Yaponiya münasibətlərinə verdiyi dəyəri vurğulayaraq Cənubi Qafqaz ölkələrindən ilk olaraq məhz onun Yaponiyaya rəsmi səfərə dəvət edildiyini və bu səfərdən sonra ikitərəfli münasibətlərin daha da inkişaf etdiyini bildirib.

İsmayıllı rayonu ilə qardaşlaşmış İto şəhərinin meri Tetsui Ono Azərbaycanın regionda lider dövlət olduğunu diqqətə çatdırıb. O, təmsil etdiyi İto şəhərinin Azərbaycan ilə dostlaşmış ilk Yaponiya şəhəri olduğunu söyləyərək dahi lider Heydər Əliyevin xatirəsinə ağacəkmə mərasiminin məhz İto şəhərində keçirilməsini böyük fərəh hissi ilə qarşıladığını vurğulayıb.

Sonra şam və sakura ağacları əkilib, üzərində Azərbaycan və yapon dillərində “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə” sözləri yazılmış xatirə lövhəsi quraşdırılıb.

 

"Xalq qəzeti"

 

 

Son xəbərlər