İordaniya mediası Ulu öndərdən yazıb

post-img

İordaniyanın nüfuzlu rəsmi mətbuat orqanlarında “Heydər Əliyev İli” çərçivəsində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc olunub.

Azərbaycanın İordaniyadakı səfirliyindən  bildiriblər ki, “Əl Ənbat”, “Addustur”, “Nəbd əl balad”, “Cohina”, “Alsaa”, “Oroba”, “Məraya”, “Al Ordon” qəzet və informasiya portallarında dərc olunan məqalədə Ümummilli liderin Azərbaycan–İordaniya əlaqələrinin qurulmasında və inkişafında rolundan ətraflı bəhs edilib. Müəllif tarixə ekskurs edərək önəmli Şərq ölkəsi sayılan İordaniya ilə Azərbaycan arasında münasibətlərin qurulmasında Ulu öndərin atdığı addımlarla bağlı faktları diqqətə çatdırıb. Yazıda vurğulanıb ki, 1994-cü ildə İƏT-in Kasablanka Zirvə görüşü çərçivəsində Heydər Əliyev və Kral Əl-Hüseyn bin Talal arasında baş tutmuş tarixi görüş iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin əsasını qoyub, bu münasibətlər Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah tərəfindən keyfiyyətcə və məzmunca yeni mərhələyə yüksəlib.

Xatırladaq ki, məqalənin müəllifi Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədovdur.

"Xalq qəzeti"

 

Son xəbərlər