Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Qadın Birliyi Təşkilatının təsis konfransı keçirilmişdir.
Məclisdə ölkəmizi təmsil edən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva Azərbaycanda qadın hərəkatının tarixi və çağdaş fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir. Alim çıxışında tarixin müxtəlif dövrlərində türk qadınının ictimai-siyasi həyatda və dövlət quruculuğunda fəal iştirakından, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrdən söz açmışdır.
Vətəninə və soykökünə sadiq nəslin yetişməsində qadının özünəməxsus roluna toxunan soydaşımız ümumtürk birliyinin yaradılmasında da onların qarşısında önəmli vəzifələr durduğunu vurğulamışdır.
“Xalq qəzeti”