Yanğın təhlükəsizliyinə dair maarifləndirmə

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Samux rayonunun Ziyadlı, Şəmkir rayonunun Xuluflu, Salyan rayonunun Ərəbqardaşbəyli, Sabirabad rayonunun Surra, Saatlı rayonunun Potubəyli kəndlərinin ərazilərində yerləşən taxıl sahələrində, Qəbələ rayonunda yerləşən Bum meşəbəyliyində, Şahdağ Milli parkının İsmayıllı bölməsində, Göygöl rayonu Aşıqlı kəndi ərazisindəki meşə sahəsində, Ağcabədi və Bərdə rayonlarının Meşə Təsərrüfatı mərkəzlərində dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zona­larında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlər barədə iştirakçı­lara ətraflı məlumat veri­lib.

Toplantılarda yerli idarəetmə orqanları tərə­findən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablan­dırılıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər