Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların sonuncu günüdür.
APA-nın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, danışıqların son günündə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.
Qeyd edək ki, müzakirələr Corc Şultz adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində aparılır.