Arlinqtonda (ABŞ) Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın ikitərəfli görüşü başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
Gündəlikdə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi var.