Amerikalı milyarder ad günündə faciəli şəkildə həlak olub

post-img

70 yaşlı milyarder Ceyms Kroun bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Crash.net-in məlumatına görə, amerikalı iyunun 25-də ad günündə ABŞ-ın Kolorado ştatında yerləşən Aspen Motorsports Park trassındakı maneəyə çırpılaraq ölüb.

O, JPMorgan Chase direktorlar şurasının üzvü, ailə biznesinin sədri və baş direktoru, Aspen Skiing Co-nun idarəedici partnyoru idi.

2014-cü ildə ABŞ-ın sabiq prezidenti Barak Obama Krounu prezidentin Kəşfiyyat Məsləhət Şurasına təyin etmişdi.

ABŞ-ın hazırkı prezidenti Co Bayden Krounu “yaxşı insan, əziz dost və böyük amerikalı” adlandırıb.

"Xalq qəzeti"

Hadisə