Rusiya prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib. Səfir Mixail Boçarnikov bu vəzifəsindən azad olunub. Dövlət başçısının müvafiq fərmanları hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
“Mixail Nikolayeviç Yevdokimov Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sərəncamlardan birinin mətnində deyilir.
Digər sərəncamla Mixail Boçarnikov bu vəzifədən azad edilib.
1981-ci ildən Rusiya Xarici İşlər Nazirliyi sistemində çalışan yeni səfir nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2011-ci ilin noyabr ayından MDB ölkələrinin Birinci Departamentinin direktoru vəzifəsini tuturdu.
"Xalq qəzeti"