Türkiyə Suriyada onlarla terrorçunu məhv edib

post-img

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Təll-Rifat və Münbiç bölgələrində terrorçuların hədəflərinə endirdiyi zərbələr nəticəsində 41 yaraqlı zərərsizləşdirilib.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyənin Kilis əyalətinin Suriya ilə həmsərhəd Oncupinar bölgəsində Türkiyə hərbçilərinin mövqelərinə raket zərbələri endirilməsinə cavab olaraq artilleriya və pilotsuz təyyarələrdən zərbələr endirilib. Qərargahlar, sığınacaqlar və terrorçuların yerləşdiyi yerlər məhv edilmə hədəflərinin sayına daxil edilib. Türkiyə Silahlı Qüvvələri yerli sursatlardan istifadə edib.

Suriyanın şimalında ötən həftənin sonundan bu yana məhv edilən YPG/PKK terrorçularının ümumi sayı 53-ə çatıb.

 

Üs bölgelerimize saldıran terör örgütü PKK/YPG’den hesap sormaya devam ediyoruz. Kahraman Türk Silahlı Kuvvetlerimiz, Tel Rıfat ve Münbiç bölgelerinde tespit edilen terör yuvalarını vurarak 41 teröristi daha etkisiz hâle getirdi. Teröristleri kazdıkları çukurlara gömmeyi… pic.twitter.com/r7pNtLvdc1

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 14, 2023

S.ELAY,

"Xalq qəzeti"

Dünya