Növbədənkənar yaz sessiyasının növbəti iclası

post-img

İyunun 9-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar yaz sessiyasının növbəti iclası keçirildi. Deputatlar əvvəlcə cari məsələlərdən söhbət açdılar. 

Deputat Siyavuş Novruzov dedi ki, 9 iyun tarixi xalqımızın yaddaşına əbədi həkk olunub. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikasından Bakıya döndü. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, ümummilli li­derin paytaxta qayıdışı müstəqil dövlət­çiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, bey­nəlxalq təcriddən xilas etdi. Çıxış edənlər diqqətə çatdırdılar ki, ulu öndərin paytax­ta dönüşü Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəm­ləndirilməsi, müstəqilliyimizin əbədiyyətə çevrilməsi istiqamətində çox mühüm bir addım oldu.

Deputat Bəhruz Məhərrəmov bugün­lərdə Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlığın aşkar edilməsini ermənilərin insanlıq əley­hinə cinayətlərini sübut edən fakt kimi dəyərləndirdi: “Şuşada aşkarlanan insan qalıqları Başlıbel, Fərrux, Edilli istiqamət­lərindəki kütləvi məzarlıqların davamıdır. Belə faktlar erməni faşizminin ifşasında və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmlidir”.

Sonra gündəlikdəki qanun layihələri­nin müzakirəsi başlandı. Birinci məsələ –“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası­nın Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respubli­kasının Konstitusiya Qanunu (ikinci səs­vermə) barəsində Milli Məclis Sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyn­li məlumat verdi. 

Qanun səsə qoyularaq qəbul edil­dikdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əmək­daşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə təq­dim edildi. S.Qafarova bildirdi ki, bey­nəlxalq sazişlər birinci oxunuşdan sonra təsdiq edilməlidir. Odur ki, sənəd müza­kirələrdən sonra qəbul edildi.

S.Qafarova məzmun və mahiyyətcə oxşar olan qanun layihələrinin ölkə Pre­zidentinin bir məktubu ilə daxil olduğunu bildirdi. Sənədlər müzakirələrdən sonra qəbul olundu.

Gündəlikdə nəzərdə tutulan Məh­kəmə-Hüquq Şurasının tərkibinin yeni qaydada təşkil olunmasına dair layihə də qəbul edildi. Qanuna əsasən, Məh­kəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi yeni qaydada təşkil olunacaq.

Müzakirəyə təqdim edilən “Azər­baycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişiklikliyə əsasən, Azərbaycan Mərkəzi Bankının səla­hiyyətləri artırıldı. Dəyişikliklərə görə, İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanı funksiyası rolunu oyna­yacaq. Beləliklə, Mərkəzi Bankda daimi əsaslarla işləyən üzvlərin sayı da 4-dən 6-ya qaldırılır. Korrupsiya və qulluq ci­nayətlərinə görə məhkum olanlar İdarə Heyətinin üzvü ola bilməzlər.

Gündəlikdəki digər qanun layihələri­nin müzakirəsindən sonra Milli Məclisin növbədənkənar sessiyasının növbəti ic­lası başa çatdı.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər