Dərbənddə Heydər Əliyev Mərkəzi açılıb

post-img

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının nəzdində Heydər Əliyev Mərkəzi açılıb.

Bu barədə Dağıstan Respublikası administrasiyasının rəhbərinin rəsmi “Telegram” kanalında məlumat verilib.

Heydər Əliyev Mərkəzinin təntənəli açılış mərasimində Dağıstan Respub­likasının başçısı Sergey Məlikov, Azər­baycanın elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Dövlət İqti­sad Universitetinin rektoru Ədalət Mura­dov iştirak ediblər.

Mərkəzdə eksklüziv fotoşəkillər və kitablar var. Bununla yanaşı, burada asudə vaxtın keçirilməsi, habelə təhsil üzrə tədbirlərin təşkili nəzərdə tutulur. Mərkəzdə, həmçinin Rusiya və Azərbaycan arasında dostluq mü­nasibətlərinə xüsusi diqqət yetiriləcək.

Sergey Məlikov ekspozisiyaya bax­dıqdan sonra Heydər Əliyev Mərkəzinin Fəxri qonaqlar kitabında ilk ürək sözlərini yazıb: “Bu əlamətdar gün Da­ğıstan və Azərbaycan arasında uzunmüddətli və sarsılmaz dostluğa aparan yolun tə­cəssümdür”.

Son xəbərlər