İsxak Hersoq İçərişəhərdə olub

post-img

Azərbaycanda səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 31-də dünya mədəni irs abidələrindən sayılan İçərişəhərlə tanış olublar.

Qonaqlar gəzintiyə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-me­marlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanışlıqdan başlayıblar.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafın­dakı yüksəkliklərdən aydın gö­rünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Ta­rix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaş­dırma və bərpa işləri barədə ət­raflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Bildirilib ki, İçərişəhərdə yerləşən dünya əhəmiyyətli abidələrin qorunub saxlanma­sı və mövcud görkəmdə gələ­cək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşı­rıqları əsasında 2009–2013-cü illərdə burada konservasiya iş­ləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaq­larda xoş təəssürat yaradıb.

AZƏRTAC

Son xəbərlər