Azərbaycanın Müstəqillik Günü Argentinada qeyd edildi

post-img

Argentinadakı səfirliyimiz tərəfindən Azərbaycanın Müstəqillik Gününün və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə paytaxt Buenos-Ayres şəhərində rəsmi qəbul keçirilib.

Tədbirdə səfir Rəmzi Teymurov Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi müstəqillik yolundan danışıb, o dövrdə demokratik hüquq və azadlıqların bərqərar olunması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq­ların tanınması, bir çox Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verilməsi, Azərbay­can dilinin dövlət dili elan edilməsi barədə məlumat verib.

Argentina xarici işlər nazirinin xarici siyasət məsələləri üzrə alt katibi, səfir Klaudio Xavier Ro­zentsvaiq təmsil etdiyi hökumət adından ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hö­kumətinə və xalqına təbriklərini çatdırıb.

Son xəbərlər