Əbu-Dabidə Azərbaycanın Müstəqillik Günü

post-img

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərindəki “Rixos Marine” otelində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı baş konsulluğunun birgə təş­kilatçılığı ilə keçirilən tədbirdə çıxış edən ölkəmizin Əbu-Dabidəki səfiri Elçin Bağırov BƏƏ-nin dövlət naziri Xəlifə Şahin Əl Mə­rarı, Bakıdan dəvət olunmuş qonaqları, müxtəlif ölkələrin diplomatik korpuslarının rəhbərlərini və nümayəndələrini, yerli icti­maiyyətin və Azərbaycan diasporunun təm­silçilərini salamlayıb.

Səfir çıxışında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib. O vurğulayıb ki, SSRİ-nin süqutundan son­ra yenidən dövlət müstəqilliyini əldə edən ölkəmiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayə­sində öz suverenliyini qoruyub saxlayıb, dünya birliyinin ən sürətlə inkişaf edən və beynəlxalq nüfuza malik olan üzvünə çev­rilib. 

Tədbirin sonunda azərbaycanlı in­cəsənət ustaları konsert proqramı ilə çıxış edib, qonaqlara milli mətbəximizin təamla­rından ibarət süfrə açılıb.

Son xəbərlər