Adil Əliyev Naxçıvanda şəhid Səbuhi Tağıyevin 40 mərasimində iştirak edib

post-img

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Badamlı kəndində 11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələri bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutan zaman qəhrəmancasına şəhid olmuş Səbuhi Tağıyevin 40 mərasimində iştirak edib.

Şəhidin ailəsinə başsağlığı verən Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 gün davam edən və tarixi Qələbəmizlə bitən Vətən Müharibəsindən bəhs edərək Ermənistanın məğlubiyyətə uğrayaq kapitulyasiya aktını imzalamasını bildirmişdir. 

Müharibədən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistanın məğlubiyyətlə barışmadığını bildirən vitse-spiker bu ölkənin hər addımda təxribata cəhd etdiyini bildirib. Eləcə də, düşmən təxribatlarının qarşısının rəşadətli Ordumuz tərəfindən yüksək peşəkarlıqla alındığını və düşmənə sarsıdıcı zərbələr vurulduğunu qeyd edən Adil Əliyev sonuncu belə təxribatın qarşısını alarkən şəhid olan Səbuhi Tağıyevə və bütün şəhidlərimizə Allahdan rəhmət və şəhidlərimizin ailəsinə səbir diləmişdir. Qəhrəmanımızın qisasının alındığını bildirən sədr müavini baş verən bütün insidentə görə günahın Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyib.

 

Anar ƏLİ,

“Xalq qəzeti”

Son xəbərlər