Şeyxülislam Allahşükür Paşazadə Tatarıstanda

post-img

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanovun dəvəti ilə Kazan şəhərində keçirilən "Rusiya – İslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir. 

Tədbirdə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını qardaş Tatarıstan xalqına və Forum iştirak­çılarına çatdıran QMİ sədri qeyd edib ki, Rusiya tarixən İslam dünyasına və müsəlman irsinə dərin hörməti ilə ta­nınır, İslam dininin mütərəqqiliyini və mənəvi əhəmiyyətini yüksək qiymət­ləndirir.

Şeyxülislam İslam dünyası ilə din­lərarası dialoqun və əməkdaşlığın in­kişafına verdiyi layiqli töhfəyə görə, eləcə də Cənubi Qafqazda sülhün əldə edilməsinə və qarşılıqlı etimadın bər­pasına yönəlmiş fəaliyyətinə görə Pat­riarx Kirilə öz minnətdarlığını bildirib.

"Heydər Əliyevin anadan olma­sının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin ünvanına, o cümlədən bu tədbirdə iştirak edən bir çox siyasi, dini və ictimai xadimlərdən təbrik mesajları gəlməkdə davam edir, onların çoxu bu parlaq şəxsiyyətlə ün­siyyətdə olublar”, - deyən Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə belə həssaslıqla yanaş­dıqları üçün Azərbaycan xalqı adından tədbir iştirakçılarına təşəkkür edib. 

* * *

Həmçinin şeyxülislam A.Paşaza­də və Tatarıstanın rəhbəri Rüstəm Minnixanov ayrılıqda da görüşüb fi­kir mübadiləsi aparıblar. Şeyxülis­lam Tatarıstan rəhbərinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycan xalqının qardaş Tatarıstana və onun rəhbərliyinə də­rin rəğbət və ehtiram bəslədiyini ifadə edib. 

Öz növbəsində Minnixanov Azər­baycanın dövlət başçısına öz ehtiramı­nı və salamlarını çatdırmağı xahiş edib və bütün Azərbaycan xalqını ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib.

Forum öz işini davam etdirir.

Son xəbərlər