BMT-nin Baş katibi Antoniu Quterreş Rusiyanın taxıl sazişinin müddətinin uzadılmasını alqışlayıb və bunu mühüm hadisə adlandırıb.
Bu barədə TASS məlumat yayıb.
Quterreş deyib: "Müsbət irəliləyişlər var. Rusiya Qara dəniz təşəbbüsündə iştirakın daha 60 gün uzadılmasını təsdiqləyib. Mən bu qərarı alqışlayıram. Taxıl müqaviləsinin uzadılması dünya üçün yaxşı xəbərdir".