İtaliyada qadın 31 il komada qaldıqdan sonra ürək tutması səbəbindən dünyasını dəyişib.
“LADBible” nəşrinin yazdığına görə, 1991-ci ildə Milad bayramı ərəfəsində avtomobilini dirəyə çırpan Miriyam Visintin əməliyyat olunmayan kəllə-beyin travması alıb. Ölüm ayağında olsa da, həkimlər klinik şəraitdə onun həyatını xilas edə biliblər. Qadın həyati müalicəyə ehtiyacı olanların saxlandığı “La Madonnina” pansionatına köçürülüb. Bundan sonra zərərçəkmiş başqa bir qocalar evinə “Casa Sturm”a yerləşdirilib. Visintin son iki ayı ağciyərlərdə mayenin yığılması səbəbindən xəstəxanada keçirib.
Nəşrin məlumatına görə, həyat yoldaşı Angelo FarinaVisintin bütün bu illər ərzində hər gün həyat yoldaşını ziyarət edib.
Leyla AZAD, “Xalq qəzeti”

