Bakı Fotoqrafiya Evində sərgi keçirilb

post-img

Bakı Fotoqrafiya Evində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərginin açılışı olub. 

Sərgidə Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digər tanınmış fotoqrafların  Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkilləri nümayiş olunub. Sərginin açılışında İçərişəhər DTMQİ İdarə Heyətinin Sədri Şahin Seyidzadə, Milli Məclisin Deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Sədri Muxtar Nağıyev və fotoqraf Rafiq Bağırov çıxış edib. Sərgidə həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də əməkdaşları iştirak edib.

Sərgi 14 may tarixinə kimi davam edəcək.

Qeyd edək ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100-cü il dönümüdür. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunmuşdur. 

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”









Son xəbərlər