Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir

post-img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Uğurlu əməkdaşlığın təzahürü kimi ölkəmizin OECD tərəfindən növbəti V raund qiymətləndirilməsi prosesi çər­çivəsində müvafiq müsahibələrin həyata keçirilməsi məqsədilə həmin qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün An­ti-Korrupsiya Şəbəkəsinin ekspertlərin­dən ibarət nümayəndə heyətinin cari ilin 17-21 aprel tarixlərini əhatə edəcək Bakı şəhərinə səfəri başlayıb.

Tədbirin ilk günü açılış nitqi ilə çıxış edən OECD üzrə Milli Koordinator – Baş Prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizə sahə­sində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayaraq, OECD ilə uğurlu əməkdaş­lığın nəticəsi kimi həmin təşkilatın töv­siyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini eks­pert heyətinin diqqətinə çatdırıb, habelə, hazırki dəyərləndirmənin milli qanunve­riciliyin beynəlxalq standartlar əsasında qiymətləndirilərək təkmilləşdirilməsi is­tiqamətində mühüm əhəmiyyət kəsb etdi­yini qeyd edib.

Bundan sonra OECD-nin Şərqi Avro­pa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin sədri Draqo Kos və Ekspert­lər Qrupunun rəhbəri Jolita Vasiliaskuay­te Şəbəkənin hazırki fəaliyyəti haqqında ətraflı məlumat verib, ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatları, ha­zırki dövrədək keçirilmiş qiymətləndirmə proseslərinə dair öz müsbət fikirlərini bö­lüşüb, daha sonra ölkəmizin OECD tərə­findən 5-ci raund çərçivəsində qiymətlən­dirilməsi prosesinə dair zəruri məsələlər üzrə çıxış edib.

Hazırda ölkəmizin OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Kor­rupsiya Şəbəkəsi tərəfindən V raund qiy­mətləndirilməsi çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında dövlət orqan­larının, qeyri-hökümət təşkilatlarının, həm­çinin vətəndaş cəmiyyəti institutlarının nü­mayəndələrinin iştirakı ilə müsahibələrin həyata keçirilməsi prosesi davam edir.

Son xəbərlər