ABŞ dövlət katibinin köməkçisi Ermənistanın davamlı hərbi-siyasi təxribatları barədə məlumatlandırılıb

post-img

Dünən Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq gündəliyində du­ran aktual məsələlər, region­da cari vəziyyət, o cümlədən, Ermənistanla Azərbaycan arasında sülh gündəliyi mü­zakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gün­dəliyinin mövcudluğundan bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmas­ların əhəmiyyətini qeyd edib. Postmünaqişə dövründə böl­gədə mövcud vəziyyət, Er­mənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribat­ların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gə­tirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azər­baycan ərazisindən çıxarma­dığını, Azərbaycanın erməni sakinlərin reinteqrasiyasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadə­nin qarşısını almaq məqsə­dilə sərhəd-keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat ve­rilib. Ermənistan tərəfindən atılan qeyri-konstruktiv ad­dımlara baxmayaraq, Azər­baycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsin­də qərarlı olduğu bildirilib.

Derek Hoqan bölgədə da­vamlı sülhün və təhlükəsizli­yin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma pro­sesinin uğurla nəticələnməsi­nin, mövcud məsələlərin da­nışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib. ABŞ-nin sülh prosesinə dəstək ver­məyə hazır olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ət­rafında fikir mübadiləsi apa­rılıb.

Son xəbərlər