Moskvanın mərkəzində yanğın lokallaşdırılıb

post-img

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, paytaxtın mərkəzində, Znamenka küçəsində yerləşən nazirliyin binalarından birində baş vermiş yanğın lokallaşdırılıb, itki yoxdur. Bu barədə "RİA Novosti" məlumat yayıb.

"Tüstünün mənbəyi operativ şəkildə lokallaşdırılıb", - mətbuat xidmətindən bildiriblər.

Şöbədən bildirilib ki, hazırda yanğınsöndürənlər binaları söndürür. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Daha əvvəl bildirilib ki, yanğın Rusiya Müdafiə Nazirliyinin Moskvada, Znamenka küçəsi, ev 19-da, Kremldən bir qədər aralıda yerləşən binalarından birində baş verib. Binanın 3-cü mərtəbəsindəki pəncərədən güclü yanma müşahidə olunub.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər