“General Motors” 5 min işçisini ixtisar edəcək

post-img

“General Motors” xərclərin azaldılması tədbirləri çərçivəsində işçi qüvvəsini 5000 nəfər azaldacaq. Bu barədə çərşənbə axşamı “Bloomberg” məlumat yayıb.

Məlumatlara görə, şirkət işçilərə könüllü gedişə görə kompensasiya təklif edəcək. Şirkətin maliyyə direktoru  Paul Jacobson bildirib ki, ixtisarlar işçi qüvvəsinin 6%-nə təsir edəcək və 1 milyard dollara qənaət etməyə imkan verəcək.

Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiya (NABE) daha əvvəl qeyd etmişdi ki, ABŞ şirkətlərinin təxminən 20%-i iqtisadi vəziyyətin pisləşməsi səbəbindən işçilərini işdən çıxara bilər. “Bank Goldman Sachs” 3,2 min işçini ixtisar etməyə başlayıb. “Microsoft” 2023-cü ildə təxminən 10 000 işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

"Xalq qəzeti"

Dünya