Aprel şəhidlərinin xatirəsi anılıb

post-img

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Aprel döyüşlərinin yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində anım tədbirləri keçirilib.

Müdafiə Nazirliyinin mət­buat xidmətindən bildirilib ki, hərbi qulluqçuların, şəhid ailələri və yaxınlarının, elə­cə də ictimaiyyət nümayən­dələrinin iştirakı ilə keçirilən anım tədbirlərində şəhidləri­mizin məzarları ziyarət edilib, üzərinə əklil və gül dəstələri qoyularaq ehtiram nümayiş etdirilib.

Mərasimlərdə Aprel dö­yüşlərində erməni işğalçıları­nın cəbhədə törətdiyi təxribat­lara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən da­nışılıb.

Qeyd olunub ki, 2016-cı ilin aprel ayının ilk günlərin­də ermənilərin növbəti təxri­batlarına cavab olaraq Azər­baycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əmə­liyyat baxımından bölmələri­mizin nəzarətinə keçib. Eyni zamanda Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərin­dəki strateji əhəmiyyətli yük­səkliklər işğaldan azad edilib.

Aprel döyüşlərində qaza­nılan Qələbənin davamı ola­raq Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanı­mızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun hə­yata keçirdiyi uğurlu döyüş əməliyyatları ilə işğaldan azad edilən torpaqlarımız­da üçrəngli bayrağımız dal­ğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb.

Daha sonra hərbi qulluq­çular aprel şəhidlərinin ailələ­rini ziyarət edib, onların qay­ğıları ilə maraqlanıblar.

 

“Xalq qəzeti”

Son xəbərlər