Azərbaycanın xarici işlər naziri ilə qazaxıstanlı keçmiş həmkarı arasında telefon danışığı olub

post-img

Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı olub. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən qəzetimizə bildiriblər ki, Ceyhun Bayramov Muxtar Tleuberdinin dost və qar­daş Qazaxıstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında strateji xarakter daşıyan ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluq­la xatırlayaraq, münasibətlərimizin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib. 

Nazir Ceyhun Bayramov Muxtar Tleuberdiyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

 

“Xalq qəzeti”

Son xəbərlər