Muzeydə Aprel döyüşlərinin şəhidi Şahin Cavadzadəyə məxsus materiallar qorunur

post-img

Aprel döyüşlərindən 7 il ötür... Həmin döyüşlər tariximizin qəhrəmanlıq səhifəsinə yazılıb. 2016-cı ildə baş vermiş Aprel döyüşləri bədnam ermənilərə şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha göstərdi.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunan materiallar arasında Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus fotolar, sənədlər və digər materiallar da geniş yer alıb. Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Vətən övladlarından biri də Şahin Cavadzadədir.

Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov AZƏRTAC-a müsahibəsində bildirib ki, fondda şəhid Şahin Cavadzadəyə məxsus hərbi səhra forması, kitel, şalvar, hərbi əl çantası, şərf, əlcək, kəmər və hərbi ləvazimat çantası, kəşfiyyatçı maskası, əl fənəri, tibbi əşyalar, kəşfiyyatçı üçün ləvazimatlar, xüsusi təyinatlı hərbçilər üçün vasitələr və s. qorunur.

Şahin Cavadzadə 1995-ci ildə Beyləqan rayonunda anadan olub. Onun xatirə əşyaları Niyazi Cavadov tərəfindən muzeyə hədiyyə edilib. Şahin Cavadzadə Aprel döyüşlərində xüsusi mərdlik və igidlik nümunəsi göstərib. O, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.

Son xəbərlər