Fransızlar Makronu yaxşı prezident hesab etmirlər

post-img

Fransada keçirilmiş rəy sorğusu nəticəsin­də məlum olub ki, fransızların 70 faizi Emmanuel Makronun yaxşı prezident olmadığı qənaətindədir. Bunu “Odoxa” sosial sorğu institute bəyan edib. Məlumatı “İzvestiya.ru” yayıb. 

Sorğunun nə­ticələrinə görə, son bir ay ərzində Fransa preziden­tinin populyarlıq reytinqi kəskin şəkildə aşağı dü­şüb. “Emmanuel Makron yaxşı pre­zidentdirmi” sua­lına respondentlərin 70 faizi “yox” cavabı verib. Rəyi soruşulanların 71 faizi isə pensiya islahatı ilə bağlı referendumun keçirilməsinin tərəfdarıdır.

“Odoxa”nın apardığı sosial sorğu göstərir ki, pen­siya islahatının əleyhinə olan solçular respondentlərin daha çox rəğbətini qazanıblar. Sorğuda iştirak edənlə­rin 71 faizi pensiya ilə bağlı ümumi təşəbbüs referen­dumunun tərəfdarı olduğunu, 67 faizi isə yaş həddinin artırılmasının əleyhinə səs verəcəyini bildirib. 

Makron isə etirazlara baxmayaraq, bildirib ki, nə pensiyalarla bağlı referendumu, nə də parlamentin buraxılmasını nəzərdə tutur və onun istefa ehtimalı yoxdur.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər