Martın 30-na olan hava proqnozu

post-img

Martın 30-da

Bakıda və Abşeron yarımada­sında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yer­lərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Güc­lü şimal-qərb küləyi əsəcək. Gecə 8-12°, gündüz 15-18° isti olacaq. Atmosfer təz­yiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Or­dubad, Sədərək, Şahbuz və Şərur ra­yonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxa­cağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 5-10°, gündüz 16-20° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxaca­ğı, dolu düşəcəyi ehtimalı var. Bəzi yer­lərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 3-8°, gündüz 8-13° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəl­bəcər, Qubadlı, Laçın, Zəngilan ra­yonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxaca­ğı, dolu düşəcəyi ehtimalı var. Bəzi yer­lərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 3-8°, gündüz 9-14°, dağlıq ərazilərdə 2°-dək isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi yerlər­də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ola­cağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 6-11°, gündüz 13-18° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 5-10°, gündüz 13-18° isti, dağlarda gecə və gündüz 3-8° isti olacaq. 

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saat­lı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçə­cək. Lakin axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yer­lərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 7-11°, gündüz 17-22° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara rayonlarında əsasən yağmur­suz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı göz­lənilir. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-11°, gündüz 17-22°, dağlarda gecə 7-11°, gündüz 15-18° isti olacaq.

 

Ekologiya