Bayden Netanyahunu istefaya çağırıb

post-img

ABŞ Prezidenti Co Bayden bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ölkədəki eti­razlar fonunda istefa verəcəyinə ümid edir. 

“Hazırda hüquqi inqilab ətrafındakı vəziyyət məni dərindən narahat edir. İsrail bu yolla davam edə bil­məz və mən bunu artıq vurğulamışam”, - deyə Bay­den əlavə edib.

ABŞ Prezidenti qeyd edib ki, Netanyahu məhkəmə islahatlarından imtina etməyənə qədər onu Vaşinqto­na dəvət etməyəcək.

Netanyahu isə ABŞ-ı İsrailin daxili işlərinə qarış­mamağa çağırıb. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər