Zelenski Si Cinpinlə görüşə hazırdır

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski “Asso­ciated Press” agentliyinə müsahibəsində ÇXR-in Sədri Si Cinpini Kiyevdə qəbul etməyə hazır oldu­ğunu bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

Məlumata görə, Vo­lodimir Zelenski artıq Si Cinpinə səfər üçün dəvət göndərib. Bir müddət öncə Ukrayna prezidenti ofisinin rəh­bəri Mixaylo Podolyak iki lider arasında telefon söhbətinin planlaşdırıl­dığını, lakin onun təşki­lində müəyyən çətinlik­lərin olduğunu bildirmişdi. 

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin isə Si Cinpinlə Zelenski arasında mümkün telefon danışığı barədə hökumətin hələlik hər hansı informasiya təqdim edə bilmədiyini vurğulayıb.

Ukrayna Prezidenti Baxmutun müdafiəsi ilə bağlı da danışaraq deyib ki, bu, Ukrayna üçün hərbi və siya­si baxımdan vacibdir. Çünki şəhərin itirilməsi kompro­mislər tapmaq üçün təzyiqə səbəb ola bilər.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər