Türkiyə Fransanın terrorçulara dəstəyini pisləyib

post-img

Türkiyənin Milli Müdafiə Nazirliyi PKK-nın Suri­ya qanadı olan YPG döyüşçülərinin Fransa Sena­tına çağırılmasını qəti şəkildə pisləyib. Bu barədə “Anadolu” məlumat verib.

Nazirliyin bəyanatında deyilir ki, Fransanın YPG terrorçularını özünün qanunverici orqanına dəvət et­məsi bu Avropa ölkəsinin parlamentinə hörməti sıfıra endirir: “Fransa tərəfinin hərəkəti NATO çərçivəsin­də müttəfiqlik ruhuna, eləcə də terrorizmlə mübarizə üzrə addımlara ziddir. Bu cür adddımlardan asılı ol­mayaraq, Türkiyə terrorizmin hər cür təzahürünə qarşı dayanmadan mübarizəni davam etdirəcək”.

Bundan başqa, Fransanın Ankaradakı səfiri Erve Marqo da Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər