Özbəkistan Televiziyası ulu öndər haqqında veriliş yayımlayıb

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Özbəkistan Dövlət Televiziyası ilə birgə layihəsi olan “Mənbələr sözləşəndə” adlı televiziya verilişini Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan–Özbəkistan dostluğu və dövlətlərarası münasibətlərində müstəsna xidmətləri olan Heydər Əliyevə həsr edib. 

“Heydər Əliyev İli” çərçivəsində hazırlanan verilişdə aparıcı Dildora Hasanova müstəqil Azərbaycanın me­marı, fenomen şəxsiyyət olan Heydər Əliyevin həm sovetlər dönənimdə, həm də Azərbaycan müstəqillik qazan­dıqdan sonra xalq, Vətən qarşısında xidmətlərindən danışıb, ulu öndərin Özbəkistana səfərləri, müstəqil Azər­baycan–Özbəkistan arasında münasi­bətlərin yüksək səviyyəyə qaldırılması istiqamətindəki xidmətlərindən söhbət açıb. 

Verilişə müsahibə verən AMM-nin direktoru Samir Abbasov ulu öndərin apardığı uğurlu siyasət və çoxsahəli fəaliyyəti barədə məlumat verib, Hey­dər Əliyevlə Özbəkistan dövlət rəhbəri Şərəf Rəşidov, ölkənin birinci preziden­ti İslam Kərimov arasındakı sıx dostluq əlaqələrindən danışıb. 

S. Abbasov keçmiş SSRİ-də türk və müsəlman respublikalarına qarşı ədalətsiz təxribatlar fonunda Heydər Əliyevin öz xalqının, həm də qardaş xalqların maraqlarını qoruduğunu, Öz­bəkistanla münasibətlərimizə xüsusi önəm verdiyini qeyd edib. 

O, Heydər Əliyevin siyasi irsinin la­yiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin da­vam etdirildiyini və münasibətlərimizin daha yeni müstəviyə–strateji müttəfiq­lik səviyyəsinə qaldırıldığını vurğula­yıb. 

Özbək tarixçi Şuxrat Salamov Azər­baycan və özbək xalqlarını birləşdirən çox sayda dəyərləri, Heydər Əliyevin hələ SSRİ rəhbərliyində təmsil olun­duğu illərdə Özbəkistanı dəstəklədi­yini vurğuladı. O, özbək xalqının da Heydər Əliyevin bu xidmətlərini unut­madığını və ulu öndərin adının qardaş ölkədə əbədiləşdirildiyini qeyd edib. Ş. Salamov söyləyib ki, bu gün Daş­kənddə Heydər Əliyevin adını daşıyan küçə, meydan, park və Azərbaycan–Özbəkistan dostluğu, əməkdaşlığını, mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərən mədə­niyyət mərkəzi var.

 

Qulu KƏNGƏRLİ,

Daşkənd

Son xəbərlər