DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib

post-img

Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) AZƏRTAC-a bildiriblər ki, Azərbay­can təhlükəsizlik orqanlarının yaradılma­sının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar DTX-nin rəisi general-polkov­nik Əli Nağıyev və Xidmətin rəhbər əmək­daşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri dü­zülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Şəhidlər xiyabanını da ziyarət edib, qəhrəman Vətən övladlarının və Bi­rinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşla­rının məzarlarının üzərilərinə gül dəstələri düzülüb, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Tədbirin DTX-nin akt zalında keçi­rilmiş rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademi­yasının kursantları iştirak ediblər.

Azərbaycanın suverenliyi və ərazi bü­tövlüyü uğrunda həlak olmuş şəhidlərimi­zin xatirəsi bir dəqiqəlik sükutla yad edil­dikdən və Dövlət Himni səsləndirildikdən sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək, şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini çatdırıb. Xidmət rəisi bir əsr­dən çox yaşı olan təhlükəsizlik orqanla­rının təşəkkülündən geniş söz açıb, bu orqanların inkişafında və milli maraqlara xidmət edən təşkilat kimi formalaşmasın­da ulu öndərin əvəzsiz xidmətlərini qeyd edib. O, Heydər Əliyevin sovetlər dönəmi kimi çətin bir vaxtda xüsusi xidmət orqan­larının milliləşdirilməsi prosesini cəsarət­lə və uğurla apardığını, azərbaycanlı kadrları bu mühüm qurumda yüksək və­zifələrə irəli çəkdiyini vurğulayıb.

General-polkovnik Əli Nağıyev bil­dirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərli­yi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də ümummilli lider Heydər Əliyevin təh­lükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam et­dirilir, Azərbaycanda sabitlik və əmin-a­manlıq etibarlı şəkildə qorunub saxlanılır.

DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiə­sinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçı­sının dəstəyi nəticəsində mümkün oldu­ğunu söyləyib.

Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkov­nik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamı­zın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd edib ki, həmin dövlətlərin xüsusi xidmət orqanla­rının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mü­hiti daima etibarlı şəkildə qorunur.

Xidmət rəisi Əli Nağıyev, eyni za­manda, xüsusi vurğulayıb ki, müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşa­dəti sayəsində işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-qurucu­luq işlərinin aparıldığı ərazilərə “Böyük Qayıdış” proqramı əsasında vətəndaş­larımızın köçürülməsi prosesinin müvəf­fəqiyyətlə gerçəkləşdirilməsi üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün imkanlar səfərbər olunacaqdır.

Daha sonra tədbirdə çıxış edənlər ulu öndərin təhlükəsizlik orqanlarında 25 illik xidməti fəaliyyəti dövründə nüma­yiş etdirdiyi peşəkarlıq nümunələrindən, Heydər Əliyevin birbaşa rəhbərliyi altında uğurla keçirilmiş əməliyyatlar, eləcə də müasir dövrdə təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr barədə fikirlə­rini bölüşüblər.

Çıxışlardan sonra xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş əməkdaşlara mükafatların təqdim olun­ması mərasimi keçirilib.

Tədbirdə şəxsi heyət adından Azər­baycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunub, göstərdi­yi etimada, diqqət və qayğıya görə ölkə başçısına xüsusi minnətdarlıq ifadə olu­nub, DTX-nin əməkdaşlarının milli ma­raqların və təhlükəsizliyin keşiyində daim ayıq-sayıq duracaqları, bu müqəddəs missiyanın yerinə yetirilməsi üçün bun­dan sonra da var-qüvvə ilə çalışacaqları qətiyyətlə bildirilib.

Sonda DTX-nin “Real” TV ilə birgə ha­zırladığı “La Vira – məxfi menyu” sənədli filmi nümayiş olunub. 

Tədbirin bədii hissəsi DTX-nin Mədə­niyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında kon­sert proqramı ilə davam edib.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

dtx.jpg

Son xəbərlər